- Köhnə - Cəmiyyət
- 13 İyul 2017 23:45
- 3 681
Astarada ağır qəza - 3 nəfər yaralandı
Astarada minik avtomaşını dərəyə yuvarlanıb, 3 nəfər xəsarət alıb.
AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə Astaranın Hamoşam kəndi ərazisində qeydə alınıb. Belə ki, Astaranın Siyəku kənd sakini 1976-cı il təvəllüdlü Aqil Məlikovun idarə etdiyi “Niva”markalı minik avtomaşını ilə hərəkətdə olarkən idarəetməni itirib və dərəyə aşıb. Nəticədə sürücü və həmkəndliləri Sərnişinlər 2000-ci il təvəllüdlü Murad Mirəlizadə və 2001–ci il təvəllüdlü Yusif adlı şəxs ağır xəsarət alaraq Lənkəran rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Onların vəziyyətinin orta-ağır olduğu deyilir.
Fakt araşdırılır.