Qaxda gəlin və baldız azyaşlı övladları ilə birlikdə itkin düşüb. Qaxda gəlin və baldız azyaşlı övladları ilə birlikdə itkin düşüb.

Qaxda gəlin və baldız itkin düşüb

Qaxda gəlin və baldız azyaşlı övladları ilə birlikdə itkin düşüb.

AzNews.az Report-a istinadən xəbər verir ki, Qax rayon sakinləri İlqar İsmayılov və Zamir Sultanov Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək həyat yoldaşları 1984-cü il təvəllüdlü Yeganə Oruc qızı Sultanova və 1985-ci il təvəllüdlü Aynur Əsgər qızı İsmayılovanın bu il iyulun 8-də evdən çıxaraq bir daha geri qayıtmadıqlarını bildiriblər.

Qax rayonunun Güllük kəndində gəlin olan 33 yaşlı Yeganə Sultanova iyulun 8-də saat 19 radələrində evdə heç kimin olmadığı bir vaxtda 2 yaşlı oğlu Nahidi də götürərək naməlum istiqamətdə gedib. Həmin gün saat 17 radələrində Qax şəhərində yaşayan qohumu 32 yaşlı Aynur İsmayılova da eynilə azyaşlı qızı 6 yaşlı Sərvinaz İsmayılzadəni götürərək evdən çıxıb və bir daha geri qayıtmayıb. Gəlin və baldızın azyaşlı uşaqları ilə birlikdə getmələri ehtimal olunur.

Onları görənlərdən Qax RPŞ-i ilə əlaqə saxlamaları xahiş olunur.

Tel: (024) 255-23-52

Mob:055-755-73-71