Bu gün Saatlı rayonu ərazisində 4,4 bal gücündə zəlzələ olub. Bu gün Saatlı rayonu ərazisində 4,4 bal gücündə zəlzələ olub.

Saatlıda zəlzələ oldu - 4,4 bal

Bu gün Saatlı rayonu ərazisində 4,4 bal gücündə zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AzNews.az-a verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 10:22-də qeydə alınıb.

Ocağı 54 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda isə 3-4 baladək hiss olunub.