Yetim Eyvaz vəfat etdi

Yetim Eyvaz kimi tanınan şair Eyvaz Qurbanov bu gün səhər saatlarında 65 yaşında dünyasını dəyişib.

AzNews.az Modern.az-a istinadən xəbər verir ki, şair ağciyər xəstəliyindən əziyyət çəkirmiş. Dünən axşam vəziyyəti yaxşı olsa da, iyulun 23-ü səhər saatlarında qəfildən halı pisləşib. Təcili olaraq Siyəzən Mərkəzi Xəstəxanasına aparılsa da, o dünyasını dəyişib.

Mərhum doğulduğu Siyəzənin Qərəh kəndində dəfn olunacaq.

Allah rəhmət eləsin!