Bərdə rayonunda həyat yoldaşını başından "kuvald"la vurub öldürən, sonra isə özü intihar edən dəhşətli hadisənin təfərrüatları məlum olub. Bərdə rayonunda həyat yoldaşını başından "kuvald"la vurub öldürən, sonra isə özü intihar edən dəhşətli hadisənin təfərrüatları məlum olub.

İki övladını yatan yerdə “kuvald”la yaralayan ata... - Qanlı hadisənin təfərrüatı

Bərdə rayonunda həyat yoldaşını başından "kuvald"la vurub öldürən, sonra isə özü intihar edən dəhşətli hadisənin təfərrüatları məlum olub.

Kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Bərdə rayonu, Hacallı kənd sakini, 49 yaşlı Saday Əliyev son vaxtlar psixi pozğunluqdan əziyyət çəkirmiş:

“Saday Əliyevin imkanları, həyat səviyyəsi yüksək olub. Problemli ailə olmayıb. Çox gözəl ailəsi olub. Sadəcə olaraq, son bir ayda əsəb pozğunluğu yaşayırdı. Bir neçə dəfə müalicə almışdı. Dünən gecə hamı yatandan sonra, Saday Əliyev sakitcə evə keçib, arvadı yatdığı yerdə “kuvald”la onu öldürüb. Daha sonra isə iki övladını yatan yerdə “kuvald”la yaralayaraq, özünü asıb”.

Hazırda uşaqlar Bərdə Mərkəzi Rayon Xəstəxanasında əməliyyat olunur:

“Uşaqların vəziyyəti ağırdır. Onların gələcək sağlamlığı haqqında nəsə demək çətindir”.

Bahar RÜSTƏMLİ

AzNews.az