Bakıda bir küçənin 10-a yaxın sakini çöpçülüklə məşğul olur. Bakıda bir küçənin 10-a yaxın sakini çöpçülüklə məşğul olur.

Bakıda qeyri-adi küçə - Bir məhəllədə 10 çöpçü var -Video

Bakıda bir küçənin 10-a yaxın sakini çöpçülüklə məşğul olur.

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, bura NZS qəsəbəsinin Mingəçevir küçəsidir. Küçədə hər addımbaşı çöpçü elanlarını görmək mümkündür.

Küçədə təxminən 10-a qədər çöpçülüklə məşğul olan insan yaşayır. Fikirləşdik ki, onlar ya qohumdur, ya da necəsə birləşib eyni küçədə yaşamaq qərarına gəliblər. Bir çöpçünün qapısından çıxan müştəri ilə də rastlaşdıq, razı qalana oxşayırdı.

Həmin çöpçü bizimlə danışar deyib, qapısını döysək də, oğlu bizə yalan danışaraq evdə heç kimin olmadığını dedi.

Çöpçülərin çəkilişdən qaçması şübhə yaratmaya bilməz. Elə yeganə müsahibəyə razılıq verən çöpçü Təhminə xala da deyir ki, burdakı çöpçülər işlərindən daha çox bir-birlərinə paxıllıq etməklə məşğuldur.

Təhminə xaladan soruşuruq ki, bəs niyə bu küçədə çöpçülər bu qədər çoxdur?

1 saata yaxın çöpçülərin məhəlləsində olduq. Amma kimsə çıxıb izah edə bilmədi ki, Allah vergisi dedikləri məşğuliyyətlə, bir-birinin paxıllığını çəkmək necə üst-üstə düşə bilir. Şübhəylə gəldiyimiz məhəllədən, elə şübhəylə də ayrıldıq.