Bu gün saat 16:05 radələrində “BakuBus”a məxsus 2 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda təxminən 5-6 yaşlarında oğlan uşağı tapılıb. Bu gün saat 16:05 radələrində “BakuBus”a məxsus 2 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda təxminən 5-6 yaşlarında oğlan uşağı tapılıb.

“BakuBus”da uşaq tapıldı

Bu gün saat 16:05 radələrində “BakuBus”a məxsus 2 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda təxminən 5-6 yaşlarında oğlan uşağı tapılıb.

“BakuBus”-ın mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, aidiyyatı orqanlara, həmçinin “BakuBus”a məxsus digər avtobus sürücülərinə və xətt dispetçerlərinə uşağın valideynlərinin tapılması istiqamətində məlumat ötürülüb.

Təxminən 16:50 radələrində uşağın nənəsi “BakuBus”a məxsus 1 nömrəli avtobusun metronun "28 May" stansiyası yaxınlığındakı dayanacağında aşkar edilib və uşaq öz yaxınlarına təhvil verilib.