10 min dolları “Bank of Baku”dan çıxardılar

Bakı şəhər sakininə Portuqaliyadan göndərilən pulu bankdan naməlum şəxs aparıb.

“Report”un xəbərinə görə, hadisə Xətai rayonunda baş verib.

Belə ki, Portuqaliyada yaşayan Qızxanım İbrahimova oğlu, Bakı sakini Emil İbrahimova 10 min ABŞ dolları məbləğində pul göndərib. Lakin həmin pulu “Bank of Baku”nun Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 152 C ünvanındakı ofisindən naməlum şəxs çıxarıb. Bundan xəbər tutan E.İbrahimov polisə müraciət edib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

AzNews.az