Paytaxtın Heydər Əliyev prospektinin yenidən qurulması layihəsi tərtib olunub. Paytaxtın Heydər Əliyev prospektinin yenidən qurulması layihəsi tərtib olunub.

Heydər Əliyev prospekti yenidən qurulacaq

Paytaxtın Heydər Əliyev prospektinin yenidən qurulması layihəsi tərtib olunub.



Nərimanov rayon icra hakimiyyətinin (RİH) şöbə müdiri Zülfüqar Qasımov AzərTAc-a bildirib ki, layihəyə uyğun olaraq prospektdə köhnə, istismar müddəti keçmiş tikililər sökülərək,
əvəzində müasir, milli memarlıq üslubunda 7 mərtəbəli binaların tikintisi nəzərdə tutulub.

Hazırda bu layihənin başlanğıcı olaraq Heydər Əliyev prospekti, 64 ünvanda ilk bina inşa olunur. Binanın artıq özülü qazılıb. RİH nümayəndəsi rayonda digər layihələrin də həyata keçirildiyini, o cümlədən "Dədə Qorqud" parkının yenidən qurulduğunu söyləyib.

Artıq bu layihənin də icrasına başlanılıb. Qeyd edilib ki, təxminən 10 hektara malik ərazidə yeni və gözəl park salınacaq. Bu məqsədlə metronun "Gənclik" stansiyasının ətrafında Səxavət Quliyev küçəsi, 7 ünvanında 49 ailənin başqa yerə köçürülməsi ilə bağlı tədbirlər görülmüş, onların mənzil –məişət şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb.


AzNews.az