2017-ci ilin avqust ayında Gürcüstana 220 314 Azərbaycan vətəndaşı səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19% çoxdur. 2017-ci ilin avqust ayında Gürcüstana 220 314 Azərbaycan vətəndaşı səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19% çoxdur.

Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarının sayı 19 faiz artıb

2017-ci ilin avqust ayında Gürcüstana 220 314 Azərbaycan vətəndaşı səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19% çoxdur.

AzNews.az “APA”ya istinadən xəbər verir ki, ötən ay qonşu ölkəyə ümimilikdə 1 080 449 nəfər əcnəbi gedib. Bu da ötən ilin göstəricisindən 27,4 faiz çoxdur.

Ötən ay Gürcüstana ən çox səfər edənlər arasında Ermənistan (12% artım), Rusiya (28% artım), Azərbaycan (19% artım), Türkiyə (42%), Ukrayna (4%) və İran (85%) vətəndaşları olub.

Cari ilin yanvar-avqust aylarında isə qonşu ölkəyə səfər edənlərin sayı 5 059 106 nəfər olub. Bu da ötən ilin analoji göstəricisindən 18,9 faiz çoxdur.

AzNews.az