Bayram günlərində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına gün ərzində 2000-ə yaxın çağırış daxil olub. Bayram günlərində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına gün ərzində 2000-ə yaxın çağırış daxil olub.

Bayram günlərində təcili yardıma gündəlik təqribən 2000 çağırış daxil olub - Bakıda

Bayram günlərində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına gün ərzində 2000-ə yaxın çağırış daxil olub.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Murad Mirzəzadənin sözlərinə görə, bayram günlərində stansiyaya daxil olan çağırışların sayında artım olmayıb: "Adi günlərdə olduğu kimi, bayram günlərində də təxminən eyni sayda çağırış daxil olub. Bayram günlərində hər hansısa fərqli xəstəliklər üzrə çağırışlar daxil olmayıb".

M.Mirzəzadənin sözlərinə görə, ümumiyyətlə müraciətlərdə ürək-damar sistemi xəstəlikləri ilə bağlı çağırışlar üstünlük təşkil edir.