- Köhnə - Cəmiyyət
- 26 Sentyabr 2017 11:26
- 3 179
Faktiki hava açıqlandı - İntensiv yağış yağıb
Sentyabrın 25-i gündüzdən 26-sı səhərədək Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi sentyabrın 25-i gündüzdən 26-sı səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə intensiv olub.
Düşən yağıntının miqdarı Böyük Qafqazda 16-80, Mərkəzi-Aran rayonlarında 1-20, Lənkəran-Astara zonasında 1-8, Naxçıvan MR-da 1-6 mm təşkil edib.