Suraxanı rayonunda yerləşən orta məktəblərin birində qeydə alınmış oğurluq faktının üstünün açılması istiqamətində paytaxt polisi xüsusi əməliyyat tədbiri həyata keçirib. Suraxanı rayonunda yerləşən orta məktəblərin birində qeydə alınmış oğurluq faktının üstünün açılması istiqamətində paytaxt polisi xüsusi əməliyyat tədbiri həyata keçirib.

"5 nootbuk, 156 stul, 14 stol götürmüşəm" - İşlədiyi məktəbi talan edən şəxs danışdı - Video

Suraxanı rayonunda yerləşən orta məktəblərin birində qeydə alınmış oğurluq faktının üstünün açılması istiqamətində paytaxt polisi xüsusi əməliyyat tədbiri həyata keçirib.

AzNews.az ARB-yə istinadən xəbər verir ki, bu barədə məktəb rəhbərliyi tərəfindən nazirliyin “102” Zəng Mərkəzinə məlumat daxil olub və bildirilib ki, müxtəlif vaxtlarda təhsil müəssisəsinin saxlanc yerindən 5 ədəd noutbuk, 1 ədəd fərdi kompüter, 156 ədəd stul və 14 ədəd yumşaq oturacaq dəsti oğurlanıb.

Suraxanı Rayon Polis İdarəsi (RPİ) və 32-ci Polis Bölməsi (PB) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində qeyd edilən cinayətin həmin məktəbin texniki işçisi, paytaxt sakini Azər Kərimov tərəfindən törədildiyi müəyyən edilib və o saxlanılaraq istintaqa təhvil verilib.

İlkin ifadəsi zamanı A.Kərimov törətdiyi cinayəti etiraf edib və məktəbdən oğurladığı kompüterləri və digər əşyaları satdığını bildirib.

Azər Kərimov (Saxlanılan şəxs) : "Texniki işçi olaraq işləyirdim. 5 nootbuk, 156 stul, 14 stol götürmüşəm. Onları Sədərəkdə satmışam. Nootbukları da Qaraçuxurda 300-350 manata satmışam. Stulların birini 50 manat vermişəm".

Qeyd edilən faktla bağlı Suraxanı RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.