Bir çox mənzil sahibinin başına gələn problemlərdən biri evi aldıqdan sonra onun sənədlərinin düzgün olmaması vəya ümumiyyətlə həmin evə çıxarışın verilməməsidir. Bir çox mənzil sahibinin başına gələn problemlərdən biri evi aldıqdan sonra onun sənədlərinin düzgün olmaması vəya ümumiyyətlə həmin evə çıxarışın verilməməsidir.

Mənzil almaq istəyənlərin nəzərinə - Bu yenilik hamını sevindirəcək

Bir çox mənzil sahibinin başına gələn problemlərdən biri evi aldıqdan sonra onun sənədlərinin düzgün olmaması vəya ümumiyyətlə həmin evə çıxarışın verilməməsidir.

AzNews.az Xəzərxəbər.az-a istinadən xəbər verir ki, bir çoxları mənzil alarkən həmin evin qiymətinin bazar qiymətlərindən baha vəya ucuz olması halları ilə qarşılaşırlar. Artıq bu problemlər baş verməyəcək. Belə ki, daşınmaz əmlakın dövlət reyestri xidməti yeni elektron xidmətlər istifadəyə verib. Bu da insanların bu sahədəki işlərini xeyli asanlaşdıracaq.

İndiyə kimi yeni tikililərdən alınan mənzillərdə ya evin sənədlərində problemlər yaranır vəya ümumiyyətlə mənzilə çıxarışların verilməməsi halları başa verirdisə, artıq bu kimi hallardan insanlar siğortalana biləcəklər. Beləki, bu sahədəki problemlərə daşınmaz əmlakın dövlət reyesteri xidmətinin yeni istifadəyə verdiyi xidmətlə son qoyulacaq.

Vətəndaşlar əvvəlcədən yeni tikililərdən aldıqları mənzillərin sənədlərinin olub -olmadığını vəya aldıqları evlərə çıxarışın verilib-verilməyəcəyni elektron qaydada öyrənə biləcəklər. Xidmət vasitəsi ilə vətəndaş mənzil almadan öncə həmin ev haqqında məlumatları əldə edəcək. Bu həm tikilməkdə olan, həmdə hazır mənzilləri əhatə edir.

Xidmət rəisinin sözlərinə görə bu prosesin gələcəkdə torpaq sahalərinə yönəldilməyi də planlaşdırılır.

Həmçinin artıq vətəndaşlar mənzil alarkən və ya satarkən həmin evin qiymətinin mənzil bazarına uyğun olub-olmadığını da əvvəlcədən öyrənə biləcək. Xidmət rəisi bildirib ki, bu layihələrin həyta keçirilməsi mənzil bazarında aktivliyin artmasına gətirib çıxaracaq.