Lənkəranda dəniz sahilində tank əleyhinə mina aşkarlanıb. Lənkəranda dəniz sahilində tank əleyhinə mina aşkarlanıb.

Xəzərin sahilində tank əleyhinə mina tapıldı - Foto

Lənkəranda dəniz sahilində tank əleyhinə mina aşkarlanıb.

AzNews.az ANAMA-ya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemi və FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən agentliyə Lənkəran şəhərində dəniz sahilində 1 ədəd tank əleyhinə minanın olması barədə məlumatlar daxil olub.

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə yerləşən 10 saylı yanalma məntəqəsinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd tank əleyhinə mina (TM-62M) aşkar edilib, daşınması mümkün olduğuna görə götürülərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş tank əleyhinə minanın ətrafında 2 500 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Bu əməliyyat Böyük Britaniya Hökuməti tərəfindən maliyyələşdirilib.

image description image description image description