Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb. Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

"Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı”nda dəyişiklik edildi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

AzNews.az xəbər verir ki, bu sərəncamla “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 7-ci hissəsi aşağıdakı redaksiyada verilir:

7. Hasilat sənayesində şəffaflığın artırılması

7.1.

Beynəlxalq prinsiplərə uyğun olaraq, hasilat sənayesində şəffaflığın təmin edilməsi məqsədilə tədbirlər görülməsi, qeyri-hökumət təşkilatları, özəl sektorun nümayəndələri və müstəqil ekspertlərlə əməkdaşlığın davam etdirilməsi

Həyata keçirilmiş fəaliyyətlə bağlı hesabat

İcraçı: Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya

2017-2018