Şirvan Apellyasiya Məhkəməsində Salyan rayonunda qətl törətmiş şəxsin apellyasiya şikayətinə baxılıb. Şirvan Apellyasiya Məhkəməsində Salyan rayonunda qətl törətmiş şəxsin apellyasiya şikayətinə baxılıb.

11-ci sinifdə oxuyan qızını öldürən atanın...

Şirvan Apellyasiya Məhkəməsində Salyan rayonunda qətl törətmiş şəxsin apellyasiya şikayətinə baxılıb.

AzNews.az APA-ya istinadən xəbər verir ki, hakim Kamil Bəşirovun sədrliyi ilə keçirilən prosesdə Rauf Əsədxan oğlu Əsədovun apellyasiya şikayəti təmin edilməyib. Birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, 2016-cı il dekabrında rayonun Xurşid kənd sakini, əvvəllər dəfələrlə məhkum olunmuş 42 yaşlı Rauf Əsədov qızı, 11-ci sinif şagirdi olan 1998-ci il təvəllüdlü Fərqanə Əsədovanı qətlə yetirib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Əsədov 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. R. Əsədov cəzasının azaldılması üçün apellyasiya şikayəti verib.