Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Bakı şəhərinə gətirilən məhbusların vaqondan qaçması barədə məlumat yayıb. Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Bakı şəhərinə gətirilən məhbusların vaqondan qaçması barədə məlumat yayıb.

Məhbuslar yoxsa qaçırılıb? - Açıqlama + Yenilənib

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Bakı şəhərinə gətirilən məhbusların vaqondan qaçması barədə məlumat yayıb.

AzNews.az xəbər verir ki, mətbuat xidmətinin rəhbəri, polkovnik Mehman Sadıqov musavat.com-a açıqlamasında bildirib ki, səsləndirilən fikirlər sadəcə olaraq fərziyyə və iddiadır. “Hazırda bu işlə bağlı istintaq gedir. Suallara da istintaq cavab verəcək. Qeyd edilən hallara da hüquqi qiymət veriləcək” - deyə polkovnik M.Sadıqov qeyd edib.

Bildirək ki, bu gün Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş Etibar Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış Əli Ağami müşayiət altından qaçıblar. Mətbuatda və sosial şəbəkələrdə məhkumların necə qaçması ilə bağlı fərqli fikirlər səsləndirilir. İddia edilir ki, həmin məhkumların kənardan dəstək olmadan qaçması mümkün deyil. Hər iki şəxsin qaçırılması ilə bağlı da iddialar var.

***

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Bakı şəhərinə gətirilən məhbusların vaqondan qaçması barədə məlumat yayıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AzNews.az-a verilən məlumata görə, oktyabrın 23-də Bakı- Astara - Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Daxili İşlər Nazirliyinin ərazi polis orqanlarına təqsirləndirilən şəxslər barəsində müvafiq məlumatlar təqdim edilib və faktla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq idarəsi tərəfindən cinayət işi başlanıb, istintaq aparılır.

Axtarış tədbirləri davam etdirilir.

image description image description