Bu gün Lənkəran şəhərinin mərkəzi Heydər Əliyev xatirə parkında əsl bayram əhval ruhiyyəsi yaşanıb. Bu gün Lənkəran şəhərinin mərkəzi Heydər Əliyev xatirə parkında əsl bayram əhval ruhiyyəsi yaşanıb.

Məhsul bayramının adı və dadı - Foto

Bu gün Lənkəran şəhərinin mərkəzi Heydər Əliyev xatirə parkında əsl bayram əhval ruhiyyəsi yaşanıb.

Al-əlvan bəzədilmiş meydan, çöhrələrdəki təbəssüm, ocaqlarda bişən növbənöv təamların rayihəsi, sərgilənən nemətlərin görünüşü bayram ovqatından xəbər verirdi. Bəli, bu gün lənkəranlılar ölkədə ilk dəfə Məhsul bayramını “Çay, çəltik və sitrus festivalı” şəklində qeyd edirlər.

“Nənələr”in ifasında qədim bicar - əmək nəğmələrinin səslənməsi keçmişlə bu günün Məhsul bayramı fonunu sanki tamamlayır. Subut edir ki, əsrlər keçsə də, ənənələr dəyişməz qalır. İnsanlar məhsul bolluğuna ta yaranışdan necə sevinibsə, biçin başa çatdıqdan sonra necə mağar qurub bayram düzənləyibsə, bu gün də belədir.

Lənkərandakı bu günkü Məhsul bayramı umummilli lider H.Əliyevin abidəsinin ziyarəti ilə başlanıb. Rayon rəsmiləri, gələn qonaqlar ulu öndərin xatirəsini təzə-tər çiçəklərlə yad etdilər. Lənkəranlıların sevincinə prezident aparatının təmsilçisi, millət vəkilləri, rayon rəsmiləri, qonaqlar birgə şərikdir.

“Çay, çəltik və sitrus” festivalında təkcə Lənkərandan, cənub bölgəsindən deyil, ölkənin hər yerindən gələn qonaqlar iştirak edir, bayram süfrəmizə yüzlərcə əl uzanıb və bu bizi ürəkdən sevindirir, bayram ovqatımıza bir ayrı dad qatır”- festivalın qırmızı lentini kəsən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov belə deyir. İcra başçısı tədbirə qatılan bütün iştirakçıları salamlayaraq gözəl istirahət etməyi, əylənməyi, Lənkəran mətbəxinin ən ləziz təamlarından dadmağı təklif etdi, özü də onlarla birgə bayram bişmişlərinin dadına baxıb. Elə təkcə yerli Sədri, Haşimi, Akulə düyülərindən 50 növdən artıq plov bişirilib. Bayramda Rusiyadan, MDB-dən, İran İslam Respublikasından gəlmiş turistlər də olub.

Festivalın ən yaddaqalan məqamlarından biri də 2017-ci ilidə rayonun ictimai-siyasi həyatında və mədəni-quruculuq işlərində fəal iştirak edən, çalışdığı sahədə fərqlənən qabaqcılların mükafatlandırılması olbu. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov fərqlənənlərə Məhsul bayramından xatirə kimi Fəxri Fərmanlar və qiymətli hədiyyələr təqdim edib.

Festival boyu bədii özfəaliyyət kollektivlərinin ifasında rəngarəng ədəbi-bədii kompozisiyalar ifa olunub, rəngarəng müsiqi nömrələri səsləndirilib, gənclərin iştirakı ilə əyləncəli proqramlar təqdim edilib. Amma festival bununla yekunlaşmır. İştirakçıları axşam saatlarında respublikanın tanınmış incəsənət ustalarının ifasında bayram konserti və atəşfəşanlığı gözləyir. Məhsul bayramınız mübarək!

Esmira İsmayılova - Lənkəran.

Fotolar Xalid Kərimovundur.

image description image description image description image description