“Bakıda ata 14 yaşlı qızından imtina edib”. “Bakıda ata 14 yaşlı qızından imtina edib”.

Bakıda ata 14 yaşlı qızından imtina etdi - Anası da...

“Bakıda ata 14 yaşlı qızından imtina edib”.

Bu barədə AzNews.az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kamalə Ağazadə məlumat verib. Onun sözlərinə görə, atası tərəfindən atılan qız sığınacağa dünən gətirilib:

“Məhkəmə qərarı ilə həmin uşaq anaya verilib. Ancaq uşaq məlum səbəblərdən ata ilə qalmağı seçib. Ata isə bir müddətdən sonra uşağa baxmaqdan imtina edib”.

Kamalə Ağazadə qeyd edib ki, atası tərəfindən atılan qızı xalası himayəyə götürmək istəsə də, anası buna razılıq vermir:

“Ana ikinci dəfə ərə gedib, özü də Türkiyədə yaşayır. O, sığınacağa gələn gecə bitmədi, çox ağır oldu. Onun üçün səhər açılmaq bilmədi, birdən-birə böyüdü. Dərk elədi ki, o atılıb və heç kəs də ona sahib çıxmır. Ata ilə ananın arasında olan prinsip uşağı ortada qoydu”.

Bahar RÜSTƏMLİ

AzNews.az