Bakı Dəmir Yolu Vağzalının ərazisində yerləşən kafelərdən birində partlayıcı qurğu yerləşdirilməsi məlumatı ilə bağlı keçirilən əməliyyat başa çatıb. Bakı Dəmir Yolu Vağzalının ərazisində yerləşən kafelərdən birində partlayıcı qurğu yerləşdirilməsi məlumatı ilə bağlı keçirilən əməliyyat başa çatıb.

FHN-dən Dəmir yolu vağzalında bombanın axtarışı ilə bağlı açıqlama

Bakı Dəmir Yolu Vağzalının ərazisində yerləşən kafelərdən birində partlayıcı qurğu yerləşdirilməsi məlumatı ilə bağlı keçirilən əməliyyat başa çatıb.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir.

"FHN-in və digər aidiyyəti dövlət qurumlarının keçirdiyi birgə əməliyyat nəticəsində, xüsusi təlim keçmiş itlər tətbiq olunmaqla, təxminən 10 000 kv.m sahəyə vizual baxış keçirilib, heç bir partlayıcı qurğu və şübhəli əşya aşkar edilməyib", - deyə məlumatda bildirilir.