"İnterfaks-Azərbaycan" informasiya agentliyinin baş direktoru Aleksandr İvanov Bakıda dekabrın 23-də dəfn olunacaq. "İnterfaks-Azərbaycan" informasiya agentliyinin baş direktoru Aleksandr İvanov Bakıda dekabrın 23-də dəfn olunacaq.

"İnterfaks-Azərbaycan"ın baş direktoru Bakıda dəfn olunacaq - Yenilənib

"İnterfaks-Azərbaycan" informasiya agentliyinin baş direktoru Aleksandr İvanov Bakıda dekabrın 23-də dəfn olunacaq.

"Report" xəbər verir ki, A.İvanov ilə vida mərasimi Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında saat 12-dən 14-dək keçiriləcək.

A.İvanov Bakıda Yasamal qəbiristanlığında dəfn ediləcək.

Vətəndaşlar üçün vida mərasimi Bakı Əyləncə Mərkəzinin "Eliza" zalında baş tutacaq.

***

12:45

"İnterfaks-Azərbaycan" informasiya agentliyinin baş direktoru Aleksandr İvanov Bakıda dəfn olunacaq.

AzNews.az "Report"a istinadən xəbər verir ki, onun cəsədi dekabrın 23-də Moskvadan Bakıya gətiriləcək və Azərbaycan paytaxtındakı qəbiristanlıqlardan birində torpağa tapşırılacaq.

Bu gün isə Moskvada Aleksanda İvanovla vida mərasimi keçiriləcək.

Xatırladaq ki, "İnterfaks-Azərbaycan"ın baş direktoru ötən gün beyninə qan sızması nəticəsində ömrünün 68-ci ilində Moskvada vəfat edib. O, 1950-ci il iyulun 12-də Bakıda anadan olub, 2005-ci ilin avqust ayında "İnterfaks-Azərbaycan"ın baş direktoru təyin edilib.