Lerik rayonunda iki gün əvvəl avtomobilin dərəyə aşması nəticəsində xəsarət alan sürücü xəstəxanada ölüb. Lerik rayonunda iki gün əvvəl avtomobilin dərəyə aşması nəticəsində xəsarət alan sürücü xəstəxanada ölüb.

Sürücü xəstəxanada öldü - Avtomobili dərəyə aşmışdı

Lerik rayonunda iki gün əvvəl avtomobilin dərəyə aşması nəticəsində xəsarət alan sürücü xəstəxanada ölüb.

AzNews.az APA-ya istinadən xəbər verir ki, hadisə dekabrın 23-də Lerik rayonunun Andur kəndində qeydə alınıb. Kənd sakini Niyaməddin Alibəy oğlu Nəcəfov “Chevrolet" markalı avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil dərəyə aşıb. Ağır bədən xəsarətləri alan sürücü Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

N. Nəcəfov bu gün xəstəxanada dünyasını dəyişib. Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Fakt araşdırılır.