Azərbaycan, Türkiyə və Qazaxıstan hərbçiləri birgə təlimi keçəcək

Azərbaycan, Türkiyə və Qazaxıstan Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının "Anadolu" birgə təliminin cari ilin sentyabr ayında Türkiyədə keçirilməsi gözlənilir. Bu barədə APA-ya öz hərbi mənbələrindən məlumat verilib.

Xüsusi təyinatlı kiçik bölmələrinin iştirakı ilə keçiriləcək birgə təlimlə bağlı işlərə isə müvafiq memorandum imzalandıqdan sonra start veriləcək.

Qeyd edək Ki, "Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında xüsusi təyinatlı kiçik bölmələrin "Anadolu" təliminin keçirilməsi üçün ev sahibi ölkə dəstəyinin şərtlərinə dair Anlaşma Memorandumu"nu imzalamaq səlahiyyəti Azərbaycan tərəfdən Silahlı Qüvvələrin Türkiyədəki hərbi attaşesi Tofiq Qasımova verilib.

AzNews.az