"İtkin düşən alpinistlərin axtarışı hələ ki, nəticəsiz qalıb". "İtkin düşən alpinistlərin axtarışı hələ ki, nəticəsiz qalıb".

Alpinistlərdən hələ də xəbər yoxdur - Yenilənib

"İtkin düşən alpinistlərin axtarışı hələ ki, nəticəsiz qalıb".

AzNews.az xəbər verir ki, bu barədə könüllü şəkildə Şahyaylaqda olan alpinistlər sosial şəbəkədə məlumat verib: "Hər dəqiqənin öz hökmü var, hamılıqla dua edək, inşallah 29 dekabr tarixini dostlarımız indidən sonra hər il ikinci doğum günü kimi qeyd edərlər. İnşallah hamılıqla xoş xəbər alarıq. Onların sağ olduqlarına və tezliklə aramıza qatılacaqlarına hər birimiz inanmalıyıq".

***

Fövqəladə Hallar Nazirliyi itkin düşən alpinistlərlə bağlı məlumat yayıb.

AzNews.az xəbər verir ki, 23 dekabr 2017-ci il tarixində Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış "Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir.

Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və xüsusi təlim keçmiş itlər, peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlarda iştirak edir. Qeyd edək ki, bu gün səhər saatlarından Xüsusi Riskli Xilasetmə Xidmətinin əlavə 10 nəfər dağ-xilasedicisi axtarışlara cəlb olunub.

Axtarış işləri barədə əlavə məlumat veriləcək.