Şirvan rayon Mərkəzi Xəstəxanası əri tərəfindən bıçaqlanan qadının səhhətinə aydınlıq gətirib. Şirvan rayon Mərkəzi Xəstəxanası əri tərəfindən bıçaqlanan qadının səhhətinə aydınlıq gətirib.

Ərinin bıçaqladığı qadından xəbər var - Açıqlama

Şirvan rayon Mərkəzi Xəstəxanası əri tərəfindən bıçaqlanan qadının səhhətinə aydınlıq gətirib.

Xəstəxanadan AzNews.az-a verilən məlumata görə, Şəlalə İsgəndərova hazırda reanimasiya şöbəsindədir:

“Şəlaləni xəstəxanaya axşam gətirdilər, əməliyyat olunub, səhhəti orta-ağırdır”.

Qeyd edək ki, Şirvanda bıçaqlanma olub. Rayon sakini, 1985-ci il təvəllüdlü Elşad Azər oğlu İsgəndərov həyat yoldaşı, 1983-cü il təvəllüdlü Şəlalə İsgəndərovaya öldürmək məqsədi ilə bir neçə bıçaq zərbəsi endirib.

Bahar RÜSTƏMLİ
AzNews.az