- Köhnə - Cəmiyyət
- 20 Yanvar 2018 17:38
- 1 998
Bakıda liftdə qalan şəxs xilas edildi

Bakıda liftdə köməksiz qalan şəxs xilas edilib.
Fövqəladə Hallar Nazirliyindən AzNews.az-a verilən məlumata görə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.
Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq vətəndaşı liftdən çıxmasına kömək ediblər. Əməliyyat başa çatıb.