75 yaşlı Şəmsəddin Xanbabayev yaxın günlərdə vəzifəsini itirəcək 75 yaşlı Şəmsəddin Xanbabayev yaxın günlərdə vəzifəsini itirəcək

İcra başçısı obyektlərini satışa çıxarıb - FOTO

75 yaşlı Şəmsəddin Xanbabayev yaxın günlərdə vəzifəsini itirəcək




Xaçmaz rayonunu icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev rayondakı bir neçə obyektini satışa çıxarıb. Bu barədə rayondakı mənbə xəbər verib. Mənbənin dediyinə görə, belə obyektlərdən biri Bakı-Rostov yolunun Xaçmaz şəhərinə dönən hissəsindədir. Fotoda gördüyünüz bu obyekt böyük ticarət mərkəzi olmalıymış. Amma bir-neçə gün əvvəl tikintisi qəfil dayandırılıb və satışa qoyulub:

"Ümumiyyətlə, Xaçmaz şəhərində və Xudatda, habelə Nabran yolunun üstündə üzərində "təcili satılır" yazılmış və başçıya məxsus olduğu deyilən bir neçə obyekt satışa çıxarılıb. Amma hələ ki həmin obyektləri heç kim almaq istəmir".

Obyektləri satılmaq səbəbinə gəlincə, mənbə bildirir ki, icra başçısı tez bir zamanda vəzifəsini itirəcək. Bu, onun işində buraxdığı xəta ilə bağlı deyil. Sadəcə onun yaşının 75-i haqlaması ilə əlaqədardır.

Orxan
AzNews.az

image description