Azərbaycan əsasən Rusiyaya şərab ixrac edir - Rüfət Məmmədov

Azərbaycan yerli şərabların ixrac həcmini və coğrafiyasını genişləndirməyi planlaşdırır. Bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov deyib.

AzNews.az xəbər verir ki, Rüfət Məmmədov qeyd edib ki, hazırda Azərbaycan əsasən Rusiyaya şərab ixrac edir.

O, vurğulayıb ki, ötən il 6 milyon dollar həcmində Azərbaycan şərabı ixrac olunub ki, bu da 2016-cı illə müqayisədə 67 faiz çoxdur:

“Bizim üçün vacib istiqamətlərdən biri Çin bazarıdır. Bu il Şanxayda Azərbaycan şərab evi açılacaq. Şərab ixracı ilə bağlı rəqəmlərə gəldikdə isə bu, hələ də ürəkaçan deyil. Amma bu hələ ki, başlanğıcdır”.