- Köhnə - Cəmiyyət
- 3 Mart 2018 14:46
- 3 075
Bu marşrutların dayanacaqları dəyişdirilib
Bakı Beynəlxalq Avtovağzal Kompleksində aparılan təmir-tikinti işləri ilə əlaqədar müvəqqəti olaraq 2, 13, 14, 20, 29, 37, 67, 83, 91, 96, 117, 130, 134, 142, 158 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların son və aralıq dayanacaq məntəqələri dəyişdirilib.
Bakı Nəqliyyat Agentliyindən AzNews.az-a verilən məlumata görə, sərnişindaşımada fasiləsizliyin pozulmaması məqsədilə edilən dəyişiklik 05.03.2018 tarixindən tətbiq ediləcək.
Dəyişikliyə əsasən qeyd edilən müntəzəm marşrut xətləri üzrə avtobusların son və aralıq dayanacaq məntəqələri “Avtovağzal” metrostansiyasının qarşısına keçiriləcək.