- Köhnə - Cəmiyyət
- 4 Mart 2018 17:53
- 3 209
İntihar cəhdinin qarşısı alındı

Fövqəladə Hallar Nazirliyi (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhəri, Kəpəz rayonunda mənzildə intihara cəhd olması barədə məlumat daxil olub.
AzNews.az FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə yerinə Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Xilasedicilər polis əməkdaşlarının iştirakı ilə giriş qapısını açaraq mənzilə daxil olublar. Vətəndaşla aparılmış psixoloji söhbətlər nəticəsində o, intihar etmək fikrindən daşınıb.
Əməliyyat başa çatıb.