Vahid Əhmədov: “Biz cənab Prezidentdən dollarla olan kreditlərin müəyyən hissəsi ilə bağlı humanist addım atmasını xahiş etdik”. Vahid Əhmədov: “Biz cənab Prezidentdən dollarla olan kreditlərin müəyyən hissəsi ilə bağlı humanist addım atmasını xahiş etdik”.

Əhalinin dollarla olan kreditlərinə güzəştlər oluna bilərmi?

Vahid Əhmədov: “Biz cənab Prezidentdən dollarla olan kreditlərin müəyyən hissəsi ilə bağlı humanist addım atmasını xahiş etdik”.

AzNews.az-ın məlumatına görə, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranan və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinəcək.
Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsində öz əksini tapıb. Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasında qəbul edilib.
Qanun aprelin 1-dən qüvvəyə minəcək. Azərbaycanda devalvasiya baş verdikdən sonra ölkədə problemli kreditlər çoxalmağa başladı. Həmin problem hələ də həllini tapmayıb. Əhali bu kreditlərin qaytarmaqda çətinlik çəkir, bank sektorunun sağlamlaşıdırlması sahəsində isə problemli ktreditlərə görə müəyyən problemlər yaranır. Əhalinin dollarla olan kreditlərinə güzəştlər oluna bilərmi?

Bu barədə millət vəkili Vahid Əhmədov öz açıqlamasında bildirib ki, xarici valyutada olan kreditlərə güzəştlərin tətbiq edilməsi ilə bağlı İqtisadi Sosial İnkişaf Mərkəzinin hələ üç il əvvəl təkliflər paketi hazırlanıb. Məsələ ilə bağlı Dövlət, vətəndaş, müəyyən müştəri və bank arasında məsələhətləşmə aparıla bilər. Nəticə etibarilə bu problemin müəyyən qədər azalmasına, güzəştin tətbiq edilməsinə gətirib çıxaracaq. Amma problemli kreditlərlə bağlı güzəştin verilməsini söyləmək çətindir. Çünki, bütün hallarda qərarı hökumət verir. Biz güzəştin verilməsinin tərəfdarıyıq:

“İqtisadi Sosial İnkişaf Mərkəzi tərəfindən hələ 2015-ci ilin əvvəlində birinci devalvasiyadan sonra dollarla kolan kreditlər güzəşt edilməsi ilə bağlı təklif hazırlandı. Güman edirik ki, güzəştlərin verilməsi məsələsi aktualdır. Hökumət və dövlət quurmları həmin güzəşt paketindən istifadə edərsə, bu problemli kreditlərin həcminin azalmasına, bank sektorunun sağlamlaşdırılmasına və kredit götürənlərin öhdəliklərinin azalmasına gətirib çıxara bilər. Artıq növbəti addım Maliyyə Nazirliyi və Mərkəzi Bankın mövqeyindən asılıdır. Güzəşt tətbiq edilərsə, bu əhalinin xərclərinin azalmasınasəbəb olacaq. Vətəndşalar ödənişlərin bir qismindən azad ediləcək, bankların problemli kreditlərinin həcmi azalacaq. Bu baxımdan güzəştlərin tətbiq edilməsi vətəndaşlar və banklar üçün məqbul və əhəmiyyətli hesab olunur.