AzNews.az bildirir ki, ARB TV-nin "Günə doğru" verilişində evlənmək istəyənlərin azalması mövzusuna toxunulub. AzNews.az bildirir ki, ARB TV-nin "Günə doğru" verilişində evlənmək istəyənlərin azalması mövzusuna toxunulub.

Evlənmək istəyənlərin sayı niyə azalıb?

AzNews.az bildirir ki, ARB TV-nin "Günə doğru" verilişində evlənmək istəyənlərin azalması mövzusuna toxunulub.

Azərbaycan da dünyanın bir hissəsidir. Qərb dəyərləri, inkişaf həyatımıza sirayət edir. Bu vəziyyətlə birbaşa olaraq onların həyat tərzi, dünyaya baxışı və s də gəlib canımıza hopub.

Elnur Rüstəmov (psixoloq): "İnsanların komforta meylli olması, təbabətin inkişaf etməsi, karyera qurmaq istəyənlərin çox olması ailə münasibətlərinə böyük təsir edir".

Bu postmodernizmin yaratdığı ən böyük problemlərdən biri kimi qəbul olunur. Biz də bunu qəbul etməyə borcluyuq. Çünki ortada rəsmi rəqəmlər var . Və bu da onu göstərir ki evlənməyə meyllilik azalıb. Bəli, artıq əvvəlki kimi deyilik. Ciddi məsələdir, çünki ailə institutunun dağılmasıdır.

Tahir Əlirzayev (hüquqşünas): "Sərbəst həyat, çərçivədən kənardan yaşamaq və s. kimi həvəsin itməsi önəmli faktordur. Bu gün ailə kapitalizm prinsipləri əsasındadır".

Tahir Əlirzayev hüquqşünas olaraq ailə problemləri və onun yaratdığı şikayətlərlə tez-tez tanış olur. Bu səbəbdən onun müşayiət etdikləri, fikirləri maraqlıdır. Bu marağı artıran digər məsələ kişi-qadın münasibətlərinin sonradan ata-ana kimi, ər-arvad kimi münasibətlərə çevrilməsi problemidir. Biz həmiş deyirik gender bərabərliyi var, kişi-qadın hüquqları bərabərdir. Razıyam. Bu yaxşıdır. Belə də olmalıdır. Amma bu bərabərlik evlənmə vaxtı ata-ana bölgüsü məsələsində rolunu dəyişmir. Hər kəs müstəqilliyini qoruyub saxlamaq istəyr. Ailə üçün heç kəs rahatlığını pozmaq istəmir. Halbuki bu olmalıdır. Deməli, gəldik çıxdıq sosial məsələyə.

Rəşad Əsgərov (sosioloq): "Nikaha girənlərin sayının azalmasına sosial problemlər, maliyyə məsələləri və s. təsir edir".

Bu məsələnin pulla bağlı tərəfidir. Demirik ki onun bu məsələdə rolu yoxdur, var. Pul, maliyyə səbəbdir ki, bu da ailəyə, evlənməyə baxış bucağını dəyişib. Bu bucağdan baxanda pulu ğörmək olur.

Boşama məsələsini nahaq yerə vurğulamadım. Çünki bir boşanma bir ailənin dağılması deyil. Bunun cəmiyyətə onun üzvlərinə təsiri var. Bu evlənməyi düşünənənlərə elə təsir edir ki, bu təsirin gücü haqqında danışmaq vacibdir.

Bax, vəziyyət beləcə bir birinə zəncirvari bağlıdır. Bağlılıqdan əlavə səbəblər də müxtəlifdir. Maddiyyatdan tutmuş mənəvi məsələlərə qədər cürbəcür səbəblər aşkara çıxardıq. Ailə instutu, ailə qadın uşaq problemləri ilə məşğul olanlar, ümümiyyətlə bu məsələyə aidiyyatı olan qurumlar layihələr hazırlamalı, sosial çarxlar çəkməli və s işlər görməlidir. İş görsünlər ki, sonrakı illərdə evlənmə sayının belə kəskin azaldığını görməyək. Çünki ailə kiçk dövlətdir.