Azərbaycanda sağlamlığa ciddi təhlükə törədən qurdların ocaqları aşkarlanıb. Azərbaycanda sağlamlığa ciddi təhlükə törədən qurdların ocaqları aşkarlanıb.

Yeni qurd növləri aşkar edildi - Təhlükə varmı? (Video)

Azərbaycanda sağlamlığa ciddi təhlükə törədən qurdların ocaqları aşkarlanıb.

AzNews.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, Zoologiya instutunun əməkdaşlarının cənub bölgəsində apardıqları araşdırmalar nəticəsində insana yoluxma ehtimalı böyük olan 2 qurd növü tapılıb. Bu qurdlar əsasən ev heyvanları vasitəsilə insana keçir.

Zoologiya İnstutunun əməkdaşlarının apardıqları araşdırmalar nəticəsində bu bölgədə ümumilikdə 6 yeni qurd növü müəyyən edilib ki, onlardan 2-si insan bədənində də yaşaya bilir.

İnstitutun şöbə müdiri Vüsalə Nərimanovanın sözlərinə görə, bu qurdlar əsasən gəmiricilərdə formalaşır və onların vasitəsilə yayılır.

Mütəxəssislər bu və buna bənzər qurd xəstəliklərindən qorunmaq üçün xüsusilə it və pişik kimi ev heyvanları ilə az təmasda olmağı və gigiyenik normalara əməl etməyi məsləhət görürlər.