Bakıda daha bir marşrut kart sisteminə keçəcək

Paytaxtda daha bir marşrut kart sisteminə keçəcək.

Bu barədə “Xaliq Faiqoğlu” MMC məlumat yayıb.

Bildirilib ki, hazırda şirkətin istismarında olan 18, 52, 61, 65, 79, 85, 96 və 135 saylı marşrut xətlərində "BakıKart" sistemi tətbiq olunur. 2018-ci ilin I rübündə 20 saylı marşrut xəttinin də "BakıKart" sisteminə keçidi təmin ediləcək. Beləliklə, elektron sistemdə fəaliyyət göstərən avtobusların sayı 162 ədəd olacaq.

Qeyd olunub ki, ümumiyyətlə, "BakıKart" layihəsinin tətbiqi üçün şirkət tərəfindən bir milyon manatdan artıq investisiya qoyulub.