Təlimlərə cəlb edilən şəxsi heyət və texnika daimi dislokasiya məntəqələrinə qayıdıb

Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərinə cəlb olunan şəxsi heyəti və hərbi texnikası daimi dislokasiya məntəqələrinə qayıdıb.

Bu barədə AzNews.az-a Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hərbi hissələrə gələn bütün hərbi texnika və silaha qulluq göstərilib, onların maddi-texniki vasitələrlə təchiz edilməsi həyata keçirilib və döyüş texnikaları saxlanclara yerləşdirilib.

image description image description image description