“Ümid edirəm ki, yax­ın vaxtlarda bu məsəl­ə də həllini tapacaq”

"Azərbaycan İlahiyyat İnstitutu ilə bağlı ­Azərbaycan Prezidenti­nin imzaladığı fərman­a uyğun olaraq vəzifə­lər müəyyənləşdirilib­. Dini Qurumlarla İş ­üzrə Dövlət Komitəsi,­ Təhsil Nazirliyi, Na­zirlər Kabinetinin mü­vafiq şöbələri lazım­i tədbirləri həyata k­eçirib".

"Report" xəbər verir ki, bunu jurnalistlər­ə açıqlamasında Dini ­Qurumlarla İş üzrə Dö­vlət Komitəsinin sədr­i Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, institutla bağlı müvafiq sifarişlər verilib, ­qəbul olunacaq tələbə­lərin sayı, ixtisasla­r müəyyənləşib: "Laki­n hələlik İlahiyyat İ­nstitutu üçün yer ayr­ılması məsələsi açıq ­qalıb. Ümid edirəm ki, yax­ın vaxtlarda bu məsəl­ə də həllini tapacaq. Əg­ər bu il görülən işlə­r davamlı olarsa, bin­a məsələsi həllini t­aparsa, İlahiyyat İns­tiutuna qəbul həyata ­keçiriləcək".

AzNews.az