- Köhnə - Cəmiyyət
- 29 Mart 2018 22:51
- 3 350
Azərbaycan “Şimal-Cənub” layihəsinin əsas investorudur - Foto
"Şimal-Cənub" nəqliyyat dəhlizi layihəsinin reallaşdırılması bütün iştirakçı ölkələrin iqtisadiyyatının inkişafına töhfə verəcək.
AzNews.az Trend-ə istinadən xəbər verir ki, bunu iqtisadiyyat elmləri doktoru Elşad Məmmədov deyib.
E.Məmmədov qeyd edib ki, bu layihə nəinki iştirakçı ölkələrin infrastrukturlarının inkişafına təkan verəcək, eləcə də həmin dövlətlərin iqtisadiyyatına multiplikativ təsir göstərəcək:
E.Məmmədov onu da əlavə edib ki, Azərbaycan “Şimal-Cənub” layihəsinin əsas investorudur:
“Əlbəttə ki, layihənin dayanıqlı üstünlüklərini formalaşdırmaq üçün investisiya qoymaq lazımdır. Bu təsadüfi deyil, çünki İran və Rusiya regionun iri iqtisadi iştirakçılarıdır və Azərbaycan bu ölkələrlə iş zamanı təşəbbüs göstərməlidir”.