Bakıda mənzildə kişi meyiti tapıldı

Bakı, Nəsimi rayonu ərazisində mənzildə kişi meyiti aşkarlanıb.

AzNews.az bu barədə FHN-in mətbuat xidmətinə istinadən xəbər verir.

Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açmış və orada aşkarlanan 1952-ci il təvəllüdlü Bünyadov İlqar Nurəddin oğlunun cəsədini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.