Ermənilər martda atəşkəsi 3146 dəfə pozub

Erməni silahlı bölmələri mart ayında atəşkəs rejimini 3 146 dəfə pozub.

AzNews.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və 60 millimetrlik minaatanlardan Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.

Azərbaycan Silahlı Qüvvələrinin Qazax, Tovuz, Gədəbəy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl, Xocavənd, Goranboy rayonlarında yerləşən mövqeləri erməni silahlı bölmələrinin atəşinə məruz qalıb.

Mart ayında bütün cəbhə boyu əməliyyat şəraiti Azərbaycan Ordusunun tam nəzarəti altında olub.