- Köhnə - Cəmiyyət
- 2 Aprel 2018 18:00
- 2 890
Azərbaycanlı BP-nin Avstraliya üzrə vitse-prezidenti təyin olundu
![](https://www.aznews.az/storage/2018/04/02/untitled-1-1.jpg)
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu, həmçinin Şimali Afrika və Yaxın Şərq bölgəsi üzrə planlaşdırma və kommersiya əməliyyatlarına başçılıq edən Emil İsmayılov bu il mayın 1-dən BP-nin Avstraliya üzrə vitse-prezidenti təyin olunur.
Şirkətdən AzNews.az-a verilən xəbərə görə, bu yeni vəzifədə E. İsmayılov BP-nin Avstraliyadakı bütün Apstrim (kəşfiyyat və hasilat) biznesinə rəhbərlik edəcək və BP-nin Asiya Sakit Okean regionu üzrə rəhbər qrupunun üzvü olacaq.
Qeyd edək ki, E. İsmayılov neft və qaz sənayesində 19 ildən artıq təcrübəyə malikdir. Bu müddət ərzində o BP-nin Bakı, Aberdin və London ofislərində müxtəlif vəzifələrdə çalışıb, bir sıra layihə və birgə müəssisələrlə bağlı işlərə və biznes danışıqlarına başçılıq edib. BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz (Gary Jones) E. İsmayılovun BP-nin regiondakı biznesinin uğuruna böyük töhfələr verib: “Bir peşəkar azərbaycanlı kadrın belə yüksək beynəlxalq vəzifəyə təyin olunması çox sevindirici haldır. Emilə BP-dəki davamlı karyerasında yeni uğurlar diləyirik”.