- Köhnə - Cəmiyyət
- 5 Aprel 2018 13:16
- 5 006
Sumqayıtda qadın meyiti tapıldı
Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
FHN-dən AzNews.az-a verilən məlumata görə, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin hadisə yerinə cəlb olunmuş müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada 1931-ci il təvəllüdlü Məmmədzadə Zinaida Muxtar qızının meyitini aşkar ediblər.
Meyit aidiyyəti üzrə təhvil verilib.