- Köhnə - Cəmiyyət
- 6 Aprel 2018 19:21
- 5 542
Astarada kəndlərarası yeni avtomobil yolunun tikintisinə başlanıldı - Fotolar
Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq Astarada üç kəndi birləşdirən Ojəkəran-Tüləgüvan-Təngərüd avtomobil yolunun tikintisinə başlanılıb.
AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, uzunluğu 11 kilometr olan avtomobil yolu IV texniki dərəcəyə uyğun salınır. Layihəyə uyğun olaraq yol iki hərəkət zolaqlı olmaqla, eni 8 metrdir.
Hazırda yolda torpaq işləri görülür, yol yatağının inşası aparılır. Torpaq işləri yekunlaşdıqdan sonra yol əsasının tikintisi işlərinə başlanılacaq. Yol əsasının inşası qum-çınqıl və optimal qırmadaş qarışığından aparılacaq. Daha sonra yola ikiqat olmaqla, yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır.