- Köhnə - Cəmiyyət
- 11 Aprel 2018 14:50
- 4 723
Jurnalistlərin iki seçki məntəqəsinə buraxılmamasına münasibət
Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 36 saylı seçki dairəsinin 3 və 4 saylı seçki məntəqələrinə jurnalistlərin buraxılmamaları, onlardan arayış istənilməsi məsələsinə münasibət bildirib.
"Report" xəbər verir ki, Məzahir Pənahovun sözlərinə görə, bununla bağlı MSK-ya müraciət daxil olmayıb: "Bu, qanuna zidd addımdır. Polisin və məntəqə sədrinin jurnalisti seçki məntəqəsinə buraxmamaq hüququ yoxdur".
AzNews.az