- Köhnə - Cəmiyyət
- 11 Aprel 2018 16:50
- 4 142
Kanaldan meyit tapılıb
Yuxarı Şirvan kanalının Göyçay rayonunun Cəyirli kəndindən keçən hissəsində naməlum kişi meyiti aşkarlanıb.
APA-nın yerli bürosunun xəbərinə görə, kənd sakinləri kanalda meyit görərək rayon Polis Şöbəsinə məlumat veriblər.
Orta yaşlarda olan kişi meyiti sudan çıxarılıb. Meyiti tapılan şəxsin kimliyi dəqiqləşdirilir.
AzNews.az