- Köhnə - Cəmiyyət
- 12 Aprel 2018 11:18
- 7 705
32 yaşlı gəncin intihar səbəbi: “Onun özünü öldürməsi...”
Qobustan rayonunda 32 yaşlı gəncin intiharı ilə bağlı bəzi detallar məlum olub.
Rayonun Təklə Mirzəbaba kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Kamil Alıyev təsərrüfatla məşğul olurmuş:
“Kamilin hər iki valideyni dünyasını dəyişib. Ondan sonra qardaşı ilə birlikdə Qobustanda yaşayırdı. Subay idi. Heç bir problemi də olmayıb. Heyvandarlıqla məşğul olurdu. Onun özünü öldürməsi çox müəmmalıdır”.
Qeyd edək ki, Qobustan rayonunda intihar hadisəsi baş verib. Rayonun Təklə kənd sakini, 1986-cı il təvəllüdlü Alıyev Kamil Gülhüseyn oğlu Qobustan şəhərində yaşadığı evin həyətində ağacdan özünü asaraq intihar edib.
Bahar RÜSTƏMLİ
AzNews.az