- Köhnə - Cəmiyyət
- 13 Aprel 2018 00:00
- 6 154
Ələt qəsəbəsində meteorid? (Video)
Qaradağ rayonunun Ələt qəsəbə sakinləri qeyri-adi daş tapıblar.
AzNews.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, Anar Əkbərov Hacıqabul rayonuna atasının məzarını ziyarətə gedərkən məzarın üzərində parıltılı daşların olduğunu görüb. Daş qırıntıları qaya parçasına oxşasa da, onların parıltılı olması və üzərlərinə günəş şüaları düşərkən işıq saçması marağa səbəb olub.
Qəbiristanlıqda bir yox, bir neçə bənzər daş parçaları tapılıb. Ailə üzvləri deyirlər ki, məzarların yerləşdiyi ərazi düzənlik və qumsaldır. Onlar daşların meteorid qırıntıları olduğunu güman edirlər.
Anar Əkbərov qeyri-adi daşların dəqiq yoxlanılması üçün mütəxəssislərə müraciət edəcək.
Videomaterialı sizə təqdim edirik: