- Köhnə - Cəmiyyət
- 13 Aprel 2018 12:45
- 3 898
Naxçıvan-Məşhəd qatarının cədvəlində dəyişiklik
Aprelin 15-dən 16/15 saylı Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının hərəkət cədvəlində və dövriliyində dəyişiklik ediləcək.
AzNews.az "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir ki, qatar Naxçıvandan həmin gündən həftənin bazar günləri yola düşəcək, Məşhəd stansiyasına aprelin 17-dən həftənin çərşənbə axşamı günləri çatıb və geriyə aprelin 18-dən həftənin çərşənbə günləri yola düşəcək, Naxçıvana isə aprelin 19-dan həftənin cümə axşamı günləri çatacaq.