Martın 14-də “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin qərargahında Xocalıda hər iki valideynini itirmiş uşaqlarla görüş keçiriləcək Martın 14-də “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin qərargahında Xocalıda hər iki valideynini itirmiş uşaqlarla görüş keçiriləcək

Xocalı uşaqları ilə görüş keçiriləcək

Martın 14-də “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin qərargahında Xocalıda hər iki valideynini itirmiş uşaqlarla görüş keçiriləcək




AzNews.az-a daxil olan məlumata görə, görüş Dağlıq Qarabağın Azərbaycanlı İcması və Parlament Jurnalistlər Birliyinin birgə təşəbbüsü ilə baş tutacaq. Görüşdə millət vəkilləri, ziyalılar, dövlət rəsmiləri və gənclər iştirak edəcək.

Qeyd edək ki, "Nur " Uşaq və Gənclər təşkilatı və Modern.az saytının informasiya dəstəyi ilə həmin uşaqlarla bağlı kitab və film hazırlanır. Hazırda həmin uşaqlardan ən kiçiyinin 21 yaşı var.

Elnarə Əlosmanqızı
AzNews.az