Azərbaycanda Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) tərəfindən mobil cihazların qeydiyyatına may ayının 1-dən etibarən başlanacaq Azərbaycanda Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) tərəfindən mobil cihazların qeydiyyatına may ayının 1-dən etibarən başlanacaq

Mayın1-dən mobil cihazların qeydiyyatı başlayacaq

Azərbaycanda Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) tərəfindən mobil cihazların qeydiyyatına may ayının 1-dən etibarən başlanacaq




Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən (RİTN) məlumat verilib.

Nazirlikdən bildirilib ki, yeni sistem RİTN-in Məlumat Hesablama Mərkəzində yaradılıb. Artıq bu ilin martın 1-dən etibarən Azərbaycanda istifadə olunan mobil cihazların IMEI nömrələri barədə məlumatlar mobil operatorlar tərəfindən gündəlik olaraq mərkəzi baza sisteminə təqdim olunur. Məlumatlar tam toplandıqdan, onlar üzərində müvafiq təhlillər aparıldıqdan və şəbəkə bütünlüklə analiz edildikdən sonra MCQS tam gücü ilə mayın 1-dən fəaliyyətə başlayacaq.

Qeydiyyat sistemi istismara başladığı tarixədək şəbəkədə istifadə edilən bütün mobil cihazların IMEI nömrələri qeydiyyata alınmış hesab ediləcək və onların şəbəkədə maneəsiz işləməsinə heç bir problem yaradılmayacaq.

MCQS istismara verildikdən sonra şəxsi istifadə məqsədilə ölkə ərazisinə gətirilərək istifadə olunan (yerli operatorların SIM kartları ilə) bütün mobil cihazların IMEI nömrəsi istifadəyə başlanandan sonra 30 gün ərzində sistemdə qeydiyyata alınmalıdır.

Xatırladaq ki, müəyyən mənada bank debit/kredit kartlarının bloklaşdırma prinsipinə oxşar olan bu qeydiyyat sistemi vasitəsilə oğurlanmış və itirilmiş mobil telefonlar bloklaşdırılacaq və onların Azərbaycanda istifadəsi mümkünsüz olacaq. Bunun üçün telefon sahibinin mobil rabitə operatorlarının müştəri xidmətləri mərkəzlərinə və ya Mobil Cihazların Qeydiyyat Mərkəzinə müraciət etməsi kifayət edəcək. Həmçinin, oğurlanmış mobil telefonun IMEI kodu beynəlxalq "qara siyahıya" salınaraq onun dünyanın bir çox ölkələrində istifadəsinin qarşısı alınacaq.

Qeyd edək ki, artıq bir çox ölkələr MCQS-in tətbiqinə üstünlük verir. ABŞ, Türkiyə, Hindistan artıq bu sistemi tətbiq edib. Avropa Birliyi ölkələrində oğurluq telefonların mobil rabitə şəbəkələrində istifadəsinin qarşısının alınması üçün xüsusi informasiya mübadiləsi sistemi istifadədədir. Məsələn, bu sistemə 2001-ci ildən indiyədək Böyük Britaniyada oğurlanan 710 min mobil telefon qeydiyyata alınıb. Avropa Birliyi üzrə informasiya mübadiləsi sisteminin tətbiqindən sonra regionda telefon oğurluqlarının sayı dəfələrlə azalıb.

Türkiyədə MCQS tətbiq edilənə qədər 3 il ərzində mobil telefonlarla bağlı 7 qətl hadisəsi, 31,2 min oğurluq faktı qeydiyyata alınıb. IMEI kodların tətbiqindən sonra mobil telefonlarla bağlı cinayətlərin sayı kəskin azalıb.

Küçələrdə törədilən cinayətlərin əksəriyyətində mobil cihazların ən qiymətli əşya olduğunu nəzərə alaraq Rusiya da MCQS-in tətbiqini planlaşdırır.

AzNews.az